İranda koronavirusdan ölənlərin sayı 18800-ə çatdı

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 184 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 18800 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2345 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 331 189 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 288620 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3983 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.