Somalinin paytaxtında güclü partlayış baş verib, ölənlər var


Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

AZƏRTAC-ın məlumatına görə, partlayış "Elit" otelinin yaxınlığında törədilib.

Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Bildirilir ki, ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərin sayının artacağı istisna edilmir.