Maduro koronavirus peyvəndindən ilk özünün istifadə edəcəyini açıqladı

Venesuela Prezidenti Nikolas Maduro Rusiyanın hazırladığı koronavirusa qarşı peyvəndi ilk istifadə edəcək venesuelalı olacağını deyib.

Bu barədə TASS məlumat yayıb.

“Hamımızın peyvəndləmədən keçəcəyimiz vaxt çatacaq. Nümunə olmaq üçün peyvəndi ilk qəbul edən mən olacağam”, - deyə N.Maduro bildirib.