Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçib


Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu keçib.

APA bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada artıq 25 009 250 nəfərdə koronavirus aşkarlanıb.

Universitetin məlumatına ​​görə, indiyə kimi 842 702 nəfər COVID-19-dan ölüb, 16 411 400 nəfər sağalıb.