Ət satmağa gedən kişi "06"-dakı qumbaranı partlatdı: Öncə iki əlindən oldu, sonra isə... - FOTO


Ukraynanın Dnepropetrovsk şəhərində yaşlı kişi avtomobilində baş verən partlayış nəticəsində ölüb. Avtosfer.az “RİA FAN”a istinadən xəbər verir ki, hadisə Şevçenskovsk rayonu ərazisində qeydə alınıb.

Agentliyin məlumatına görə, 71 yaşlı kişi "VAZ-2106" markalı avtomobili ilə bazara ət satmağa gedib. O, alver vaxtı maşında olan F-1 qumbarası ilə ehtiyatsız davranaraq onun işə düşməsinə səbəb olub. Yaranan partlayışda yaşlı kişi hər iki əlindən olub.

Təqaüdçü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.