Türkiyədə koronadan ölənlərin sayı artdı

Türkiyədə gün ərzində daha 42 nəfər koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 6 min 326 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 268 min 546 nəfər koronavirusa yoluxub.