Ermənistanın sabiq MTX rəhbərinə qarşı ittiham irəli sürüldü


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyana qarşı iki maddə üzrə ittiham irəli sürülüb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə MTX-nin sabiq direktorunun vəkili Ervand Varosyan bildirib.

E.Varosyan deyib: "A.Vanetsyanın saxlanılmasının qanunsuz olduğunu başa düşən istintaq tələsik olaraq ona qarşı iki maddə üzrə ittiham irəli sürülüb".

Onun sözlərinə görə, MTX-nin sabiq direktoru hakimiyyəti zorla ələ keçirmək niyyəti və N.Paşinyana sui-qəsd hazırlanmasında ittiham edilib.