“Baydenin açıqlamasının hüquqi nəticəsi yoxdur”

Aprelin 24-də özünü demokratiya və insan haqları kimi üstün prinsiplərin “beşiyi” sayan ABŞ-ın Prezident Baydenin timsalında nə qədər ədalətsiz və məsuliyyətsiz addım atdığının şahidi olduq. Hər halda Baydenin bu hadisələrə soyqırım adını verməsi birmənalı olaraq ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur. Eyni zamanda Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Baydenin açıqlamasını pisləyərək bəyanat yayıb:

“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir”.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

Həmin partiyalar arasında Azərbaycan Demokrat Partiyası (ADP) da var. Partiyanın sədri Sərdar Cəlaloğlu Amerikanın tarixi səhvinə dair fikirlərini “Sherg.az”la bölüşüb:

“Qondarma "erməni soyqırımı" ifadəsi ABŞ dövlətinin yox, Baydenin şəxsi mövqeyidir. Soyqırımı hüquqi bir prosedurdur, hər hansı bir beynəlxalq məhkəmənin qərarı olmadan heç bir dövləti soyqırımı törətməkdə ittiham etmək olmaz.

Soyqırım haqqında beynəlxalq hüquq norması 1946-cı ildə müəyyən olunub. Kimsə 1946-cı ildə qəbul edilmiş qərar əsasında 1915-ci ildəki hadisələrə qiymət verə bilməz.

Belə olacağı təqdirdə Amerikada hinduların soyqırıma məruz qalması da bütün dünya tərəfindən qəbul olunur.

Yəni Baydenin açıqlaması hüquqi nəticəsi ola bilməz”.