Putinlə Makron arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir.
Bildirilir ki, tərəflər Ukraynanın cənub- şərqində gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər. Dövlət başçıları iki ölkə arasında “Normandiya formatı”na uyğun əməkdaşlıq qərarını təsdiqləyiblər.