ABŞ gəmisi SEPAH-ın gəmilərinə xəbərdarlıq atəşləri açıb

Fars körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu ehtimal edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə üç gəminin ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşmasından sonra baş verib.