Rusiya Hindistana tibbi yardım göndərəcək

Rusiya koronavirusla mübarizə üçün Hindistana böyük həcmdə tibbi yardım göndərəcək. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. 
 Rusiya XİN yaydığı bəyanatda Hindistanla dostluq əlaqələrindən bəhs edib. Hindistanda son sutkada 323,1 min nəfər COVİD-19-a yoluxub. Ölkədəki ümumi xəstəlik sayı isə 17,6 milyondur.