“Azərkosmos”un ölkəyə gətirdiyi gəlirlər artıb 

2021-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 10,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. 

Oxu.Az-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ixrac dəyəri iki faiz artıb. İxrac olunan xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.  

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ (4,7 milyon dollar), Birləşmiş Krallıq (2,3 milyon dollar), Fransa (1,9 milyon dollar), BƏƏ (433 min dollar) və Pakistan (351 min dollar) qərarlaşıb.