Qırğızıstan və Tacikistan arasında vəziyyət gərgin olaraq qalır

Qırğızıstan sərhəd xidməti münaqişə bölgəsindəki Tacikistan hərbi texnikasının sərhədə doğru hərəkətini qeydə alıb. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, Moskva vaxtı ilə saat 8:30-a yaxın tərəflər sərhəddəki vəziyyət gərgin olaraq xarakterizə edilib.
Qırğızıstan və Tacikistan arasında qarşıdurma aprelin 29-da başlamışdı. Sonradan tərəflər atəşkəs haqqında razılıq əldə etsələr də, bu, çox çəkməmişdi.