Orda koronavirus yoxdu!

Türkiyənin Rize bölgəsinin Əkizdərə əyalətində yaşayanlar  “maskalı birisi bura gəldiyində koronavirusu xatırlayırırq”, deyir. 

Sherg.az CNNTürk-ə istinadən xəbər verir ki, Əkizdərə əyalətinin Petran düzənliyində indiyədək bir dənə də koronavirusa yoluxma faktı qeydə alınmayıb. Qapanma zamanı ölkə əhalisinin böyük qismi təbiət qoynuna can atır.

Əkizdərəyə gələnlər də özlərini təbiət əhatəsində təcrid edirlər. Petranın sakinləri yaz-qış günlərini bağda-bağçada  çalışmaqla keçirir. Koronavirusdan qaçıb qapanma müddətini təbiət qoynunda keçirmək istəyənlər  Petranda taxta evlərdə qalır,  qonşularla təmas saxlamadan təmiz havanın dadını çıxarırlar. Yerli xalq da qapanmaların təsirini hiss etmir. Öz işləri ilə, bağda-bostanda əkin-biçinlə məşğul olurlar.  Yerli sakinlərdən Fatma Havuz karantin günlərinin onları təsir altına almadığını deyir: “Səhər qalxıb heyvanlarımızla məşğul oluruq, sonra bağ-bağça işlərini görürük. Bu gözəl havanın dadını çıxarırıq. “Korona”nı yada da salmırıq. Kənardan gələnlər olanda, yanlarına getmirik, onlara yaxınlaşmırıq”.  Petlan sakini Ayşə Kahraman isə “televizorda marketlərdəki basabası görürəm, üzülürəm. Kəndlərə gəlsinlər, inəklərə baxar, toyuqları “kışla”yarlar, təbiətlə qarşılaşıb zamanlarını keçirərlər. Burda hər şey təbiidir”, söyləyir. Xızır Kahraman da deyir ki, heyvanlara qulluq edir, zamanı “yola verirlər”. Yeni gələnlərə uzaqdan “xoş gəldin” deyirlər, yaxına getmirlər. Bahar gəldimi, hər tərəf yam-yaşıldır, indi kəndlər çox gözəlləşib, baxdıqca baxmaq istəyirsən (CNNTürk).