Qırğızıstan prezidenti: Ağır tarixi sınaq oldu


Tacikistanla sərhəd münaqişəsi ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyub.

Axar.az xəbər verir ki, bu sözləri Qırğızıstan prezidenti Sadır Japarov deyib.

"28-30 aprel Qırğızıstanın xalqı üçün ağır tarixi sınaq və kədər günləri oldu. Müqəddəs vətənimizin ərazi bütövlüyü və təhlükəsizliyi təhdid altında idi, dinc sakinlərimizin asayişi pozulmuşdu. Biz heç vaxt silahlı qüvvələrimizə qonşu dövlətin kəndlərinə soxulmağa, dinc sakinlərə hücum etməyə və onların evlərini dağıtmağa icazə verməyəcəyik", - o deyib.