SON DƏQİQƏ: Türkiyəyə gələnlərə 14 gün zəruri karantin

Hindistandan və ya son 10 gün içində bu ölkədə olub Türkiyəyə gələnlər, bələdiyyələr tərəfindən təyin olunan yerlərdə 14 gün karantin altında saxlanır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, karantin müddətinin sonunda edilən PCR testinin mənfi çıxması halında bu kəslərin karantini sonlandırılır.

Səhiyyə Nazirliyi səlahiyyətliləri, Hindistandan ölkələrinə dönəcək xaricilərin COVİD -19 riski səbəbiylə karantində qalmamaq üçün Türkiyəyə gələrək tətil etdikləri iddialarını yalanlayıb.

Ayrıca Türkiyəyə daxil olmaq istəyənlərin son 72 saat içində edilmiş PCR testlərinin mənfi olması lazımdır.