Karpenkov: Heç nəyi dəyişdirə bilməyəcəklər!

Belarus hakimiyyəti çevriliş həyata keçirilməsinə icazə verməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Belarus daxili işlər nazirinin müavini və daxili qoşunlar komandanı Nikolay Karpenkov deyib.

“Hələ də bəzi ümidlərini bəsləyənlərə (dövlət çevrilişi – red.) demək istəyirəm. Radikallaşanlar – onlar öz aqressiyaları ilə Belarusda nəyisə dəyişdirə biləcəklərmi? Bir şeyi demək istəyirəm: Heç nəyi!”, - deyə Karpenkov bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarusda bir qrup şəxs dövlət çevrilişinə cəhd və prezident Aleksandr Lukaşenkoya sui-qəsddə ittiham edilmişdi.