Tacikistanda qırğız hərbçilərinin sərhəddəki fəaliyyəti təcavüz kimi qiymətləndirilib

Qırğızıstan hərbçilərinin Tacikistanla sərhəddəki fəaliyyəti beynəlxaql hüquq normalarına əsasən təcavüzdür.

“RİA Novosti” xəbər verir ki, bunu Tacikistan Prokurorluğu bəyan edib.

Qurumdan verilən açıqlamaya görə, digər dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı silahlı qüvvədən istifadə edilməsi BMT nizamnaməsinə ziddir.

Mayın 1-də tərəflər atəşkəs barədə razılığa gəliblər./Oxu.Az