Gürcüstan vətəndaşlığı haqqında qanun layihəsi imzalanıb


Ölkə prezidenti, Salome Zurabişvili "Gürcüstan vətəndaşlığı haqqında" qanuna edilməsi planlaşdırılan dəyişikliklər paketinə imza atıb.

24News.ge xəbər verir ki, bu barədə prezident administrasiyasi məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən qanun layihəsi ölkə vətəndaşlığının bərpa edilməsi və vətəndaşlığın qüvvədə saxlanılması hüququndan istifadə müddətinin 2022-ci ilin 31 dekabr tarixinədək uzaldılmasını nəzərdə tutur.

Məlumata əsasən, prezident administrasiyası və Ədliyyə nazirliyi Gürcüstan vətəndaşlığının verilməsi və qüvvədə saxlanılması qaydalarının yüngülləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.