Kitab cənnəti: Oxucuların 3,4 milyon kitaba çıxışı var

Finlandiyanın paytaxtı Helsinkidə açılan kitabxanada hətta kinoteatr və səsyazma studiyası fəaliyyət göstərir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “ALA Architects” studiyasının layihəsi ilə hazırlanan və kitab cənnəti adlanan kitabxananın sahəsi 17 min kvadratmetrdir. Burada təxminən 100 min kitab var, qalan yerlər isə oxu və sərgi salonları, eləcə də səsyazma studiyası üçün ayrılıb.

Bina ən yeni avadanlıqla təchiz olunub, bunun sayəsində oxucuların 3,4 milyon kitaba çıxışı var, sadəcə, onlayn müraciət etmələri lazımdır.