Bu ölkə yenidən tam qapanmaya gedir

Malayziyada son bir həftədə koronavirusa yoluxmanın artmasına görə ölkə üzrə tam qapanmaya gediləcəyi açıqlanıb.
Medicina.az xəbər verir ki, mayın 20-dən başlayan artım temdensiyası bu gün 8 mini ötüb.

Buna görə də ölkədə küçəyə çıxma yasağı tətbiq olunacaq.

Tam qapanma 1-14 iyun tarixlərini əhatə edəcək. Əsas xidmət sektorları istisna olmaqla, bütün sektorlar fəaliyyətini dayandıracaq.

Bildirilib ki, ilk mərhələdə yoluxma sayında azalma müşahidə olunarsa, dörd həftə içərisində digər sektorlar mərhələli şəkildə açılacaq.