Bu ölkədə xarici pasportun verilməsi qaydası dəyişilir

Mayın 30-dan etibarən Rusiyada xarici pasportun verilməsi qaydası dəyişilir. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, dəyişiklik ölkə xaricində yaşayan vətəndaşlara aiddir.
Həmin vətəndaşlar pasport almaq üçün mütləq ölkəyə gəlməlidirlər. Buraxılış müddəti yaşayış yeri üzrə müraciət edənlər üçün bir ay, qalmaq istəyənlər üçün isə üç ay olacaq. Köhnə pasport almaq istəyənlər iki min, yeni nəsil vəsiqə almaq istəyənlər beş min rubl rüsum ödəməlidirlər.