İranda dövlət qurumlarının işi iflic oldu

Mayın 29-da İranın paytaxtı Tehranda ən azı 33 dövlət qurumunun binası elektriksiz qalıb.

Axar.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, belə vəziyyət İranda ilk hal deyil. Belə ki, ölkənin böyük şəhərlərində - Tehran, İsfahan, Təbriz, Kirmanşah, Qəzvin, Şiraz və Həmədanda tez-tez analoji vəziyyət təkrarlanır. Nəticədə məktəb və universitet tələbələri üçün dövlət imtahanları davamlı olaraq təxirə salınır, mühüm sənaye obyektlərinin işi dayandırılır, ictimai nəqliyyatın hərəkəti isə iflic olur.

Belə acınacaqlı vəziyyətin davamlı yaşanmasına səbəb kimi su ehtiyatlarının azalması, hidroelektrik stansiyalarının inkişaf etməməsi göstərilir.