Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Çikaqo şəhərində 28 may – Respublika Günü münasibətilə aksiya keçirilib.
Komitədən Sherg.az-a verilən məlumata görə, aksiya zamanı Çikaqo şəhərinin mərkəzində yerləşən "Daley Center"də Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb.
Azərbaycan bayrağının 3 gün ərzində həmin ərazidə dalğalanması nəzərdə tutulub.
![](https://sherg.az/uploads/editor/51d20395d4a93a70529cd1367efc3455.jpg)