Bu gün "Vahid Milli Hərəkat"ın parlamentə girib, girməyəcəyi məlum olacaq

Bu gün Gürcüstanda "Vahid Milli Hərəkat" partiyasının siyasi şurasının iclası keçirilir.

24News.ge xəbər verir ki, İclasda partiyanın parlamentə girib-girməyəcəyinə qərar veriləcək.

Xatırladaq ki, "Vahid Milli Hərəkat"ın sədri Nika Melia Ukraynada Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə Parlamentə daxil olmaq barədə məsələni müzakirə edib və oradan qayıtdıqdan sonra bölgələrdə partiya üzvləri və tərəfdarları ilə görüşlər keçirmişdir.

Məlumat üçün bildirək ki, partiya bu günə qədər 31 oktyabr parlament seçkilərini boykot edir və parlamentə daxil olmur.