İranda ötən sutkada 165 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 165 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 85 859 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 17 664 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 373 450 nəfərə çatıb. Virus daşıyıcılarından 3 684 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 025 911 nəfər koronavirusdan sağalıb, 24,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 6,83 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,69 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,14 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 143 rayon qırmızı və 186 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 119 rayon sarı zona hesab olunur.