Moldovalı siyasətçi: Rusiyanın tərkibinə keçək!

Moldova Vətənpərvərlər Partiyasının sədri Mixail Qarbuz ölkənin Rusiyanın tərkibinə qoşulmasına dair referendum keçirilməsinə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, partiya dəfələrlə Moldovanın Rusiyaya federal subyekt olaraq daxil olmasına dair referendum təşkil edilməsinə çağırış edib.

Qeyd edək ki, bu gün Moldovada erkən parlament seçkisi keçirilir. Seçkidə 22 partiya, blok və bir müstəqil namizəd iştirak edir.