Rusiya qırıcıları havaya qaldırıldı

Rusiyaya məxsus SU-30 və SU-27 döyüş təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Buna səbəb ABŞ-a məxsus “ARES” və “Çellencer” SL-600 təyyarələrinin Rusiya sərhədi istiqamətində hərəkət etməsi barədə məlumatın daxil olmasıdır.