ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 90-a çatıb


ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.


Onun sözlərinə görə, həlak olanlardan 71 nəfərinin kimliyi müəyyənləşdirilib.

Xatırladaq ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.