"Twitter" ABŞ senatorunu bloklayıb

"Twitter" şirkəti ABŞ-ın Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının senatoru Maryore Taylor Qrinin hesabını bloklayıb.

"Report" xəbər verir ki, senatorun bloklanmasına səbəb sosial şəbəkədə 65 yaşdan aşağı olanlar üçün koronavirusun təhlükəli olmadığı, həmçinin vaksinlər və maska taxmağın məcburi xarakter daşımasının lüzumsuz olduğu haqda paylaşım etməsi olub.

Sosial şəbəkə həmin "tvit"ləri dərhal qaldıraraq paylaşımı "yanıldıcı" olaraq dəyərləndirib.