Quyruğundan tutub dananın arxası ilə süründü

İstanbul Zeytinburn rayonunda qaçan qurbanlıq dananın quyruğundan tutaraq metrlərlə sürünən adam xəstəxanalıq olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, adamın dananın arxasınca süründüyü anlar kameralarda əks olundu.

Ətrafdakı bir nəfərin qışqırması ilə qurban sahibi dananın quyruğunu buraxıb. Yaralanan adam xəstəxanaya çatdırılıb. 
.