Rusiyada təyyarə qəzası baş verib, 2 nəfər ölüb - YENİLƏNİB

Rusiyanın Xabarovsk diyarında yüngül təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 2-yə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə bölgənin Səhiyyə İdarəsinin mətbuat xidmətindən bildirilib.

***

08:25

Rusiyada “Sierra P2002” markalı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Xabarovskinin Kalinka kəndində baş verib.

Nəticədə bir nəfər yerindəcə ölüb, xəsarət alan qadın isə hər iki ayağının sınığı ilə 2 saylı regional klinik xəstəxanaya aparılıb.

İstintaqın ilkin araşdırmasına görə, təyyarə səhər saatlarında Kalinka eniş ərazisinə düşüb. İstintaq hadisənin başvermə səbəbi kimi üç versiya irəli sürüb: pilot səhvi, təyyarənin texniki nasazlığı, əlverişsiz hava şəraiti. Bunların hansının doğru olacağı araşdırma zamanı ortaya çıxacaq.