Yeni Zelandiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub

Sakit okeanda Yeni Zelandiyanın tərkibinə daxil olan Kermadek arxipelağı rayonunda 5,8 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Tauranqa şəhərindən 1098 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.