“Yoluxma sayı xəstəxanalardakı yerlərə də təsir edə bilər" - Fəxrəddin Qocadan xəbərdarlıq 


Türkiyədə son sutkada 12 min 381 nəfər koronavirusa yoluxub. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, 58 nəfər dünyasını dəyişib. 5 min 383 nəfərin isə müalicəsi başa çatıb. 

 Səhiyyə naziri Fəxrəddin Qoca bu barədə əhaliyə xəbərdarlıq edib:

“Yoluxma sayında artım davam edir. Bu, xəstəxanalardakı yerlərə də təsir edə bilər. Qorunmağın yolu qaydalara əməl etmək və peyvənd olunmaqdır. Vaxt itirmədən vaksinləşin”.