Almaniyada partlayış olub

Almaniyanın cənubunda yerləşən Şimali Reyn-Vestfaliya Federal Torpağının Leverkuzen şəhərindəki poliqonun ərazisində partlayış olub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı “Rheinische Post” qəzeti yayıb.
Partlayışın səbəbi hələ ki məlum deyil.
Hadisənin Almaniyanın “Bayer” kimyəvi-farmokoloji şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Bu, Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır.