Avqustda temperatur normadan yüksək olacaq

Avqust ayında Rusiyada havanın necə olacağı proqnozlaşdırılıb. “Sherg.az” TASS-a istinadən xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bu barədə qorxulu açıqlama yayıb. Onun sözlərinə görə, ölkənin hər yerində temperatur normadan yüksək olacaq. Hətta heç bir şəhərdə istilik normal olmayacaq.