Gürcüstanda koronavirusa yoluxanların sayı 422 188 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 654 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 422 188, ölənlərin sayı isə 5 853 nəfərə çatıb. Virusa yoluxanlardan 384 712 nəfərin sağaldığı bildirilir.