Əfqanıstana hücum: bir neçə dinc sakin həlak olub

Əfqanıstanın cənubundakı Qəndahar şəhərinin minaatandan atəşə tutulması zamanı 5 dinc sakin həlak olub.
Bu barədə “Report” “Ariana News” telekanalına istinadən xəbər verir.
Qeyd edilir ki, minaatan mərmisi avtomobilə düşüb. Həlak olanlardan 2-ci uşaq, 1-i qadındır.
Ölkənin təhlükəsizlik orqanları hadisəyə görə “Taliban”ı ittiham ediblər.