Fransada etiraz aksiyalarında 76 nəfər saxlanılıb

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü ölkədə sanitar keçidlərə qarşı etiraz aksiyalarında 76 nəfəri saxlayıb.
“Report” “Agency France Presse”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təkcə paytaxt Parisdə 26 etirazçı saxlanılıb.
Paytaxtda saxlanılanlar arasında iki azyaşlı da var. Etirazçılar xüsusən polisə qarşı zorakılığa görə nəzarətə alınıb.