Olimpiya Oyunları keçirilən Yaponiyada koronavirusa rekord yoluxma

Ötən sutka Yaponiyada koronavirusa 15 mindən artıq yeni yoluxma qeydə alınıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Sözügedən göstərici pandemiya ərzində rekord kimi yadda qalıb. Belə ki, ölkədə sutkalıq yoluxma sayı ilk dəfə 15 mini ötüb.