"Bayden bizə söz verdi"



Terror təşkilatının komandanı qalmaqallı ABŞ etirafı edib

“ABŞ Prezidenti Co Bayden Əfqanıstanda etdiklərinin əksinə Suriyanı tərk etməyəcəklərinə dair söz verib”.
“Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu YPG/PKK terror təşkilatının sözdə komandanı “Məzlum Kobani” kod adlı terrorçu Fərhat Abdi Şirin “Times” qəzetinə deyib.

Kobani əlavə edib ki, ABŞ Prezidenti Co Bayden Mərkəzi Qüvvələr Komandanı, general Kennet Mkenzini onların yanına göndərməyə söz verib:

“Ədalətli olaq, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra insanlar qorxdu” deyən Fərhat Abdi Şirim Dövlət Departamentinin Yaxın Şərq məsələlərini koordinasiya edən Co Hudla görüşdüyünü də bildirib. ABŞ-ın Əfqanıstandan çıxdıqları andan öz gələcəkləri baxımından narahat olmağa başladıqlarını etiraf edən terrorçu Əfqanıstanda ortaya çıxan böhrandan sonra ABŞ-ın sürətlə onların yanına təmsilçilər göndərdiyinə diqqət çəkib: “Buranın Əfqanıstan kimi olmayacağına dair bizə güvəncə verdilər. Suriya ilə bağlı siyasətlərinin tamamilə fərqli olduğunu bildirdilər”.

İsmayıl