Tokayev narahatdır! - "Xaricə kapital çıxarılır"

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədən qeyri-qanuni pul çıxarılmasına qarşı mübarizənin vacib olduğunu bəyan edib.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti yanvarın 11-i parlamentin məclisində keçirilən iclasda danışıb.
“Fövqəladə vəziyyətin tətbiqi ilə əlaqədar olaraq müəyyən maliyyə və sənaye qruplarının xaricə kapital çıxarma riski yüksəkdir. Ona görə də mən milli banka tapşırıram ki, maliyyə monitorinqi və maliyyə bazarının tənzimlənməsi orqanları ilə birlikdə ölkədən əsassız olaraq pul çıxaran bütün əməliyyatların və şəxslərin dəqiq müşahidəsini, yoxlanılmasını və nəzarətini təmin etsin", - deyə Tokayev bildirib.

Xanlar ƏLİBƏY