Tokayev ölkə gömrüyünü tənqid etdi: "Vergilər və rüsumlar ödənilmir"

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə gömrüyünü tənqid edib.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti yanvarın 11-i Milli Məclisdəki çıxışı zamanı danışıb.
"Büdcə gəlirlərinin artırılmasında əhəmiyyətli rol gömrük xidmətindədir. Xüsusən Çinlə sərhəddə işin qaydaya salınması vacibdir. Maşınlarda axtarış aparılmır, vergilər və rüsumlar ödənilmir. Orada baş verən qanunauyğunsuzluqlar hamıya məlumdur", - deyə Tokayev bildirib. 

Xanlar ƏLİBƏY