Kim Çenin arvadının evlilikdən əvvəlki peşəsi nə olub?  -  Kim keçmişi sildirməyə çalışır - Fotolar



Şimali Koreya lideri Kim Çenin nadir görülən həyat yoldaşı Ri Sol-junun evlilikdən əvvəl işlədiyi peşə ilə bağlı dünya mətbuatında yeni iddia ortaya çıxıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, ginekoloq ana və professor atanın qızı Ri Sol-ju evlənməzdən əvvəl rəqqas və müğənni olub.
İddialara görə,  Ri Sol-ju  keçmişdə 2005-ci ildə Şimali Koreyanın Asiya Atletika Çempionatı üçün şənlik komandasının rəqqası kimi Cənubi Koreyaya səfər edib.

Ənənəvi Koreya mahnılarının yer aldığı  "Unhasu" orkestrində müğənni olan Ri Sol-ju konsertdə olarkən Kimin diqqətini çəkdiyi bildirilib.
Şimali Koreya hakimiyyəti indi onun konsertlərinin görüntülərini ehtiva edə biləcək bütün şəkilləri və CD-ləri müsadirə etməklə ölkənin birinci xanımının keçmişini silməyə çalışır.

Cəmilə ƏZİM