Özbək bloqer və jurnalistlərə qadağa!- “ Qazaxıstan hadisələrini işıqlandırmayın”

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti bloqer və jurnalistlərə Qazaxıstanda baş verən hadisələri işıqlandırmaq üçün qeyri-rəsmi qadağa qoyub. “Sherg.az”  “Euronews”ə istinadən xəbər verir ki, bu barədə “Ozodlik” radiosu məlumat yayıb.
Xarici KİV hüquq-mühafizə orqanlarının hədəfinə çevrilən bir neçə bloqer və mətbuat nümayəndəsi ilə əlaqə saxlamağa nail olub. Onlardan bəziləri Qazaxıstanla bağlı videolar yaymaq cəhdlərinə görə polis və xüsusi xidmət orqanları tərəfindən dindirilməyə çağırılıb:

“Kanallarımda Qazaxıstandakı iğtişaşlarla  bağlı iki-üç video yerləşdirmişdim. Amma sonra mənə zəng gəldi və bu videoları silməyi və bir daha yerləşdirməməyi xahiş etdilər. Bizdən hadisələri danışmamağı, nümayiş etdirməməyi və müzakirə etməməyi tələb etdilər”.
Adının çəkilməsini istəməyən bloqer  qeyd edib ki, hətta dövlət nəşrləri və telekanalları Qazaxıstandakı iğtişaşları və zorakılıqları praktiki olaraq işıqlandırmayıb.