BMT Qazaxıstanın daimi nümayəndəsinə müraciət edib


BMT Qazaxıstanın daimi nümayəndəsinə müraciət edib. Buna səbəb Qazaxıstan təhlükəsizlik qüvvələrinin BMT sülhməramlı qüvvələrininkinə oxşar dəbilqələr taxdığı fotoşəkillərin yayılmasıdır.
"Sherg.az" "radiosputnik.ria.ru"ya istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik brifinq zamanı bildirib.
Məlumata görə, BMT bu fotoşəkillərin mənbələrinin həqiqiliyini yoxlamağa başlayıb. Mətbuat katibi onu da vurğulayıb ki, təşkilatın simvollarından yalnız sülhməramlı əməliyyatlarda iştirak etmək üçün BMT mandatı olduqda istifadə edilməlidir.
Düjarrik onu da əlavə edib ki, Qazaxıstan Respublikasının Daimi Nümayəndəliyi BMT-ni əmin edib ki, təşkilatın sülhməramlı qüvvələrinin mavi dəbilqələrinə bənzər dəbilqələrdən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilməsi məsələsi “həll olunub”.
Qeyd edək ki, fotoları britaniyalı jurnalist Ceyk Hanrahan öz Twitter səhifəsində yerləşdirib.

Xanlar ƏLİBƏY