ABŞ-da sinaqoqa gələnləri girov götürən şəxs terrorizmdə təqsirli bilinən bacısının azad edilməsini tələb edir - YENİLƏNİB


Ağ Ev Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin insanları girov götürdüyü hadisəni izləyir.

APA CNN-ə istinadən xəbər verir ki, polisin məlumatına görə, indiyədək heç kim xəsarət almayıb.

Kəşfiyyat orqanları hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirir.

ABC telekanalı dörd nəfərin, o cümlədən bir ravvin girov götürüldüyünü bildirib. Girov götürən şəxsdə partlayıcı olduğunu iddia edir.

Cinayətkarın terrorizmdə təqsirli bilinən bacısının həbsdən azad edilməsini tələb edir.
***

00:38

ABŞ-ın Texas ştatının Kolleyvil şəhərində naməlum şəxs sinaqoqdakı insanları girov götürüb.

APA xəbər verir ki, bu barədə “BNO News” telekanalı məlumat yayıb.

Naməlum şəxs sinaqoqa heç kimi buraxmır, əks halda girovları öldürəcəyi ilə hədələyir.

Onun silahlı olduğu bildirilir.

Polis və xüsusi təyinatlılarla yanaşı, Federal Təhlükəsizlik Bürosunun əməkdaşları da hadisə yerinə cəlb edilib.