Qazaxıstanda iğtişaşlar zamanı  225 nəfər həyatını itirib


Qazaxıstanda yanvarın əvvəlində baş vermiş iğtişaşlar zamanı ölən və yaralananların sayı məlum olub. Qazaxıstanda iğtişaşlar zamanı 4,5 mindən çox insan xəsarət alıb, 225 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.

Ölən 225 nəfərdən 175-i tibb müəssisələrində həyatını itirib və onlardan 19 nəfəri polis və hərbiçilərdir.