Pentaqon: ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi mümkündür


ABŞ-ın Müdafiə Nazirliyi ölkə hərbçilərindən ibarət əlavə qrupun Şərqi Avropa ölkələrinə göndərilməsini şərh edib.

Pentaqondan bildirilib ki, bu, NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədi daşıyır.

Qurumdan ABŞ hərbçilərinin Ukraynaya göndəriləcəyi də istisna edilməyib.

Qeyd olunub ki, ABŞ əsgərləri “təxliyə prosesinə yardım etmək üçün” bu ölkəyə göndərilə bilər.

Mənbə: “RİA Novosti”