190 min dollar təzminat alacaq: Səhvən qeyri-leqal immiqrant hesab edilmişdi
12:58 14.11.2019
Dünya
485
Miçiqan ştatındakı Qrand-Rapids şəhərinin administrasiyası mənşə etibarilə Latın Amerikasından olan ABŞ vətəndaşı, müharibə veteranı, federal immiqrasiya xidmətinin nümayəndələri tərəfindən qanunsuz olaraq həbs edilmiş Cilmar Ramos-Homesə 190 min dollar təzminat ödəyəcək.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Miçiqan ştatının hüquq müdafiə təşkilatları və iddiaçının vəkili tərəfindən ştatın mülki hüquqlar departamentinə verilmiş şikayətə cavab olaraq Qrand-Rapids şəhərinin komissiyası Cilmar Ramos-Homesə təzminat ödənilməsi barədə yekdilliklə qərar qəbul edib.
Hadisə keçən ilin dekabr ayında baş verib. O vaxt gömrük nəzarəti xidməti Cilmar Ramos-Homesi səhvən qeyri-leqal immiqrant hesab edərək üç gün həbsxanada saxlayıb, lakin həqiqi vəziyyət aydınlaşdırılandan sonra azad edilib.
Miçiqan ştatında doğulmuş Cilmar Ramos-Homes ABŞ-ın tamhüquqlu vətəndaşıdır. Onu həbs etmiş polis kapitanı Kertis Vander Koy 20 saat müddətinə işdən kənarlaşdırılıb.
Miçiqan ştatının Amerika vətəndaş Azadlıqları İttifaqı və İmmiqrantları Hüquqları üzrə Miçiqan Mərkəzi aprel ayında Cilmar Ramos-Homesin adından şikayət edərək bildiriblər ki, Vander Koy onu irqi əlamətə görə ayrı-seçkiliyə məruz qoyub və beləliklə, Mülki Hüquqlar haqqında Elliott-Larsen Qanununun tələblərini pozub.
1976-cı ildə qəbul edilmiş Mülki Hüquqlar haqqında Elliott-Larsen Qanununa əsasən Miçiqanda işə qəbul, mənzil icarəsi, təhsil və ictimai istifadə yerlərinin əlçatanlığı məsələlərində dini, irqi mənsubiyyət, dərinin rəngi, milli mənşə, yaş, cins, boy, çəki, ailə vəziyyəti kimi əlamətlərə görə ayrı-seçkiliyi qadağan edilir. Bu qanun 1977-ci il martın 31-də qüvvəyə minib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət